“BlackRock” və “Microsoft” AI infrastrukturunun inkişafına 30 milyard dollar sərmayə qoymağı planlaşdırır

11:23 - 18.09.2024


18 sentyabr, Fineko/abc.az. ABŞ-ın “BlackRock” investisiya şirkəti və “Microsoft” texnonəhəngi, məlumat mərkəzlərinin inşası və enerji layihələri də daxil olmaqla süni intellekt (AI) texnologiyaları ilə əlaqəli infrastrukturun inkişafına 30 milyard dollar sərmayə qoymaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu layihə çərçivəsində şirkətlər “Global AI Infrastructure Investment Partnership” adlı birgə fond yaradacaqlar. Fondun əsas məqsədləri süni intellekt sahəsində tədarük zəncirlərinin təkmilləşdirilməsi və bu cür layihələrin enerji ilə təmin olunması olacaq.

Fondun ümumi investisiya potensialı 100 milyard dollar qiymətləndirilir. Layihədə bundan əsas benefisiarlardan biri olan “Nvıdıa”nın da iştirak edəcəyi gözlənilir.