11:47 - 18.09.2024
18 sentyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 59 milyon 275 min dollar dəyərində 9 min 672 ton meşə fındığı ixrac olunub.
ABC.AZ xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin hesabat xarakterli məlumat bülletenində öz əksini tapıb.
Fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 192 min dollar və ya 16%, miqdar ifadəsilə 4 min 472 ton və ya 32% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 8 ayında isə Azərbaycandan 70 milyon 467 min dollar dəyərində 14 min 144 ton fındıq ixrac olunmuşdu.
Bu il xaricə satılan fındıq kəskin bahalaşıb. Belə ki, 1 kq fındığın orta ixrac qiyməti 10,42 manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,95 manat (23%) çoxdur.
Xatırladaq ki, ötən ilin eyni dövründə fındığın ixrac qiyməti 8,47 manat təşkil etmişdi. Bu il ümumi ixracının 0,33%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,72%-i fındığın payına düşüb.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024