12:16 - 18.09.2024
18 sentyabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası və İran arasındakı 132 kV-luq “Culfa-Culfa” hava elektrik verilişi xəttinin “Culfa” yarımstansiyasına qoşulması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, ötən əsrin 90-cı illərinin sonunda qurulmuş, qurğu və avadanlıqları uzun müddətdir istismar olunan sistem əhəmiyyətli 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasının qidalandırıcı yüksəkgərginlikli elektrik xətlərinin yaşayış sahələrindən çıxarılması məqsədilə yerini dəyişdirməklə yenidən tikilib-quraşdırılması işləri aparılır. Yarımstansiya üçün yeni 2 ədəd 110/35/10 kV-luq, 16 MVA gücündə transformator satın alınıb.
Onlardan biri muxtar respublikaya gətirilib və yarımstansiyada quraşdırılması işləri aparılır. Yaxın zamanlarda digər güc transformatoru da Naxçıvana gətiriləcək. Tikinti-quraşdırılması davam etdiriləcək 36 MVt gücündə “Ordubad” Su Elektrik Stansiyasından 87 MVt gücündə Naxçıvan Modul Elektrik Stansiyasına çəkiləcək iki dövrəli 110 kV-luq hava elektrik verilişi xəttinin bir dövrəsinin yarımstansiyaya birləşdirilməsi də nəzərdə tutulur.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024