2025-ci ildə Azərbaycanda illik inflyasiya 4,6 % təşkil edəcək

14:10 - 18.09.2024


18 sentyabr, Fineko/abc.az. Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır. 

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, proqnozu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozlarını, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirlərini əsas götürərək hazırlayıb.