"Jetta" brendi Çin bazarına yeni krossever çıxarıb - Foto

14:21 - 18.09.2024


18 sentyabr, Fineko/abc.az. "Jetta" brendi Çin bazarına yeni krossever çıxardığını elan edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən krossever "Jetta" "VS7 Qianli Jiangshan Edition" adlanır. Avtomobil xüsusi zeytun rəngi, qara radiator barmaqlığı, tündləşdirilmiş optika, qara disklər, qara güzgü korpusları, qara baqaj relsləri alıb.

Krossoverin ölçüləri 4624 x 1841 x 1624 mm, təkər bazasının uzunluğu 2730 mm-dir. Avtomobil müxtəlif sürücüyə yardım sistemləri, ətrafa baxış sistemi, adaptiv kruiz-kontrol, açarsız giriş, panoramik dam, 8 düymlük ekranlı rəqəmsal cihazlar paneli, 10 düymlük diaqonal ekranlı media sistemi, multi-düymlük sistemlərlə təchiz olunub. Bundan başqa, maşında rəngli atmosfer işıqlandırması, elektriklə tənzimlənən sürücü oturacağı, smartfon üçün 15 Vt simsiz enerji doldurma imkanı da var.

Kapotun altında 150 at gücünə malik 1,4 litrlik turbo mühərrik var, o maşını 6 pilləli avtomatik transmissiya ilə hərəkətə gətirir. Krossoverin tam ötürücü variantı yoxdur.