16:04 - 18.09.2024
18 sentyabr, Fineko/abc.az. Oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitində cari qlobal dollar əsaslı maliyyə sisteminə alternativin hazırlanması üçün "yol xəritəsi" açıqlana bilər.
ABC.AZ xəbər verir ki, analitiklərin fikrincə, söhbət multivalyuta ödəniş platformasından gedə bilər. Qızılla təmin edilmiş BRICS ticarət valyutasının buraxılması da mümkündür, - deyə Asia Times bildirir.
Mövcud dollar sisteminə alternativin ortaya çıxması tarixi əhəmiyyət kəsb edəcəkdir. Bu, müharibədən sonrakı dünya maliyyə sisteminin konturlarını təsvir edən 1944-cü il Bretton-Vud sazişindən kənara çıxmaq üçün ilk ciddi cəhd olacaq
Bretton-Vuds sistemi 1971-ci ildə prezident Riçard Niksonun dolları qızıldan açması ilə çat verdi. Qızıl standartının məhdudiyyətlərindən azad olan ABŞ hökuməti maliyyə intizamını ləğv etdi. 1971-2024-cü illərdə ABŞ-ın dövlət borcu 400 milyard dollardan 35 trilyon dollara yüksəldi
Bu gün dövlət borcuna xidmət ABŞ-ın milli büdcəsinin ən böyük maddəsinə çevrilib, getdikcə daha çox görkəmli iqtisadçı və şirkət rəhbərləri həyəcan təbili çalır. ABŞ borclarını almağa hazır olan kreditorlarsız qala bilər
BRICS qismən qızıl və təbii ehtiyatlarla — xüsusən də neft, minerallar və metallarla təmin edilmiş valyuta vahidinin işə salınmasına qərar verə bilər. Qrupun planetin faydalı qazıntılarının xeyli hissəsini idarə etdiyini nəzərə alsaq, dünya qiymətlərini diktə etmək üçün kifayətdir
"BRICS-in belə bir maliyyə dəyişməsinə hazırlaşmasının əlamətlərindən biri misilsiz qızıl yığılmasıdır. Son iki ildə BRICS üzvləri rekord sürətlə qızıl alırlar. Tarixən, maliyyə və ya pul böhranından sonra valyutaların yenidən kalibrlənməsi üçün məhz bu qiymətli metaldan istifadə olunub", - deyə Asiya Times yekunda vurğulayır.
16 Oktyabr 2024
16 Oktyabr 2024
16 Oktyabr 2024
16 Oktyabr 2024
16 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024