17:29 - 18.09.2024
18 sentyabr, Fineko/abc.az. Yaxın vaxtlarda “Azərkimya” İstehsalat Birliyinin balansında olan Etilen-polietilen zavodu Buxar Generator Kompleksinin effektivliyinin və istehsal gücünün artırılmasından sonra (modernizasiya) istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə 12-ci Beynəlxalq “Caspian Energy Forum”unda çıxış edən Almaniyanın “Uniper” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli deyib.
Onun sözlərinə görə, Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin və istehsal gücünün artırılması layihəsinin yerinə yetirilməsi bitmək üzrədir və hazırda işlər tamamlama-sazlama mərhələsindədir.
“Biz layihəni, demək olar ki, bitirmişik və hazırda tamamalama-sazlama işləri yerinə yetirilir”, – Rəşad Hüseynli qeyd edib.
O, əlavə edib ki, layihənin istifadəyə verilməsi, çox güman ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyası (COP29) zamanı baş tutacaq. (Report)
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024