“Sosial Tədqiqatlar Mərkəzi” 2023-cü ildə ciddə zərər edib

10:18 - 19.09.2024


19 sentyabr, Fineko/abc.az. Sosial Tədqiqatlar Mərkəzi (STM) publik hüquqi şəxs 2023-cü ili 204 min manat zərərlə başa vurub. 2022-ci ildə STM-in zərəri 631 min manat olub ki, bu da illik müqayisədə 3 dəfə azalma deməkdir.

ABC.AZ qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Sosial Tədqiqatlar Mərkəzi”nin cəmi gəlirləri 2 milyon 166 min manat, amortizasiya xərcləri 157 min manat, əmək haqqı və əmək haqqına görə ayırmalar 1 milyon 315 min manat, digər əməliyyat xərcləri 665 min manat olub.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ildə yaradılıb, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.