11:13 - 19.09.2024
19 sentyabr, Fineko/abc.az. ABŞ rəsmiləri Türkiyənin maliyyə qurumlarını sanksiyalarla hədələyib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ABŞ rəsmiləri Türkiyənin maliyyə qurumlarını bundan sonra Rusiya ilə əməliyyatlara davam edəcəkləri təqdirdə onlara qarşı sanksiya tətbiq edəcəklərini bəyan ediblər.
Bu barədə məlumatı Türkiyənin maliyyə konsaltinqi sahəsindəki mənbə təsdiqləyib.
Mənbə bildirib ki, razılaşmalar hələ də Türkiyə bankları vasitəsilə həyata keçirilə bilər.
“Lakin bunun üçün bir neçə şərti yerinə yetirmək, eləcə də, əməliyyatın mövcud sanksiya və məhdudiyyətləri pozmadığına dair uyğunluq proseduru çərçivəsində müəyyən sənədlər və sübutlar təqdim etmək lazımdır”, – mənbə bildirib.
Müəllif: Elmir Murad
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024