Azərbaycan biznesində dayanıqlılıq standartlarının tətbiqi məcburi olacaq

11:26 - 19.09.2024


19 sentyabr, Fineko/abc.az. Azərbaycanda artıq bir sıra şirkətlər dayanıqlılıqla bağlı standartlar tətbiq edir.

ABC.AZ xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Bakıda keçirilən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu”nda bildirib.

“Bu məsələni qanunvericilik çərçivəsinə salmaq lazımdır və bununla bağlı hazırda işləri gedir”, – deyə o qeyd edib.