Azərbaycanlılar Rusiyanın qanunsuz miqrantları siyahısında ilk yerdədir

12:10 - 19.09.2024


19 sentyabr, Fineko/abc.az. Rusiya Daxili İşlər Nazirliyi ölkədə olan qanunsuz miqrantların sayı ilə bağlı statistikanı açıqlayıb.

ABC.AZ xəbər verir ki, Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy ölkə ərazisində 739 min nəfər qanunsuz miqrantın olduğunu söyləyib.

“Hazırda ölkəmizdə 6 milyon 174 min xarici vətəndaşlığı olan şəxs var. Rusiyada yaşayan xarici vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir. Mən onların adlarını azalan ardıcıllıqla çəkirəm, lakin ümumilikdə onların sayı 5,5 milyon nəfərdir. Bu saya ölkəmizdə yaşama məqsədi və müddətindən asılı olmayaraq bütün kateqoriyadan olan əcnəbilər, o cümlədən qanunsuz olaraq burada olanlar daxildir.

Əgər qeyri-leqal mühacirlərdən danışırıqsa, onların arasında əsasən Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşları var. Ümumilikdə, onları sayı təxminən 739 min nəfər və ya təxminən 9% təşkil edir”, deyə rusiyalı nazir müavini vurğulayıb.