Prezident Qusarın Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisinə 4,1 milyon manat ayırıb

18:18 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev avqustun 21-də “Qusar rayonunun Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən iyirmi iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bütün xəbərlər