10:20 - 20.09.2024
20 sentyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) ABŞ-nin tenonəhəngi “Apple Inc.”ə xəbərdarlıq edib.
ABC.AZ xəbər verir ki, xəbərdarlıqa əsasən, şirkət öz “iPhone” və “iPad” əməliyyat sistemlərini rəqib texnologiyalara açmalıdır, əks halda rəqəmsal antitrest qaydalarına görə gələcəkdə ciddi cərimələr riski ilə üzləşə bilər.
Aİ-nin Rəqəmsal Bazarlar Aktı (DMA- Digital Markets Act) çərçivəsində nəzarət orqanları “Apple”ın əməliyyat sistemlərini digər texnologiyalarla tam işlək vəziyyətə gətirmək üçün yeni qanunlara uyğun hərəkət etməsini tələb edib. Brüssel mərkəzli orqan şirkətə buna əməl etmək üçün altı ay vaxt verib, əks halda gələcəkdə cərimələrlə üzləşəcəyi xəbərdarlığını edib.
Bu açıqlama hələlik rəsmi istintaq kimi qiymətləndirilməsə də, Aİ-nin məqsədi “Apple”ı “iPhone” və “iPad” əməliyyat sistemlərinə rəqib şirkətlərin daxil olmasına imkan verən dəyişikliklər etməyə məcbur etməkdir.
Kaliforniyanın Kupertino şəhərində yerləşən “Apple” isə bildirib ki, devloperlər üçün “iPhone” və “iPad” əməliyyat sistemləri ilə əlavə qarşılıqlı əlaqə tələbləri yaratmağın yollarını təmin edib, lakin sistemlərdə quraşdırılmış təhlükəsizlik tədbirlərini zəiflətməyin Avropa istehlakçıları üçün risk yarada biləcəyini əlavə edib.
“Apple”ın səhmləri bazar öncəsi (pre-market) ticarətdə 1.6% artaraq 224.25 dollara yüksəlib.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024