Bu dövrdə Azərbaycan BƏƏ-nin iqtisadiyyatına 400 milyon dollar investisiya yatırıb

15:00 - 20.09.2024


20 sentyabr, Fineko/abc.az. Azərbaycanan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi cari ilin ilk yarısında illik müqayisədə kəskin artıb və ölkəmizin xaricə birbaşa investisiyasında ən çox pay BƏƏ-dədir.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin ilk yarısında BƏƏ iqtisadiyyatına 396.95 milyon ABŞ dolları həcminə birbaşa investisiya yatırılıb.

Bu da 2023-cü ilin eyni dövründə qeydə alınmış 62.56 milyon manatı   334.39 milyon dollar və ya 5.4 dəfə üstələyib.

Bununla belə, BƏƏ də Azərbaycan iqtisadiyyatına birbaşa yatırımların həcmini kəskin artırıb. Keçən yarım il ərzində Körfəz ölkəsinin Azərbaycana investisiyasının həcmi 236.54 milyon dollar olub. Keçən ilin eyni dövründə cəmi 64.83 mln. manat təşkil etmişdi.