15:16 - 20.09.2024
20 sentyabr, Fineko/abc.az. Azərbaycanda pensiyaların azlığı zaman-zaman dilə gətirilir. Belə ki, pensiyaların az olması insanların dolanışığına da təsirsiz ötüşmür. Bu halda bəzi ölkələrin təcrübəsi gündəmə gəlir. Məsələn, bir çox ölkələr pensiya tətbiqində İsveçrə modelini əsas götürür.
Azərbaycanda da pensiyaların verilməsində İsveçrə modelinin tətbiq oluna bilərmi?
ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Fazil Mustafa açıqlamasında bildirib ki, İsveçrənin imkanları ilə bizim imkanlarımız arasında fərq böyükdür:
“İsveçrə gəlir səviyyəsinə görə dünyada öndə olan ölkələrdən biridir. Avropa Birliyi məkanında adambaşına düşən gəlir səviyyəsinə görə də lider ölkələrdəndir. Yüksək yaşam standartlarına malikdir. Dünya Bankının yarandığı illərdən bəri İsveçrə maliyyə imkanlarına, əhalinin yaşayış səviyyəsinə görə, iqtisadi-sosial şəraiti baxımından seçilən ölkələrdən olub. Ölkə bu gün də bu keyfiyyətləri özündə saxlayır. Orada əhalinin rifahının artırılmasına yönəlik qərarların qəbul edilməsi heç də təəccüblə qarşılanmır.
Əlbəttə, biz də istəyərdik ki, Azərbaycanda yaşlı insanlar yüksək pensiya alsınlar, dolanışıqları yaxşı olsun, imkanları genişlənsin. Amma bu, arzudur, nəsə diqtə etmək mümkün deyil. Büdcə imkanlarına baxılmalı, iqtisadi təhlillər ortaya qoyulmalıdır. Pensiyaların yüksək miqdarda olmasına nə dərəcədə imkanımız var – bunu yalnız mütəxəssislər mövcud imkanları analiz edərək deyə bilərlər”.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024