8 ayda daşınmaz əmlaka 239 314 sənəd verilib

16:51 - 20.09.2024


20 sentyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239 314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu göstəricinin 39 148-i (16,3 faiz) ilkin, 200 166-sı isə (83,7 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 39 536, mənzil üzərində - 55 172, torpaq sahəsi – 136 179, qeyri-yaşayış binası – 2 229, qeyri-yaşayış sahəsi – 5 636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63 933-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Cari ilin ilk səkkiz ayında 177 937 texniki pasport tərtib edilib, 46 919 ipoteka müqaviləsi qeydiyyata alınıb.