Hansı ölkələrdə 8 gün işləyib “Iphone 16 Pro Max” almaq mümkün olur? - SİYAHI

10:36 - 23.09.2024


23 sentyabr, Fineko/abc.az. Bildiyimiz kimi, "Iphone 16 Pro Max” qiymətləri bəzi ölkələrdə əlçatmazdır. Buna baxmayaraq, elə ölkələrdə var ki, orda bu smartfonu əldə etmək üçün cəmi bir neçə gün çalışmaq kifayət edir.

ABC.AZ xəbər verir ki, bu, “Global İndex”in araşdırmasından sonra məlum olub. Belə ki, İsveçrədə cəmi 4 gün işləyərək “Iphone 16 Pro Max” almaq mümkündür.

Bir neçə gün çalışaraq “Iphone 16 Pro Max” ala biləcəyiniz ölkələri sizə təqdim edir:

İsveçrə: 4 gün

ABŞ: 5 gün

Avstraliya: 6 gün

Sinqapur: 6 gün

Lüksemburq: 6 gün

Danimarka: 7 gün

BƏƏ: 7 gün

Kanada: 8 gün

Norveç: 8 gün

Yeni Zelandiya: 8 gün