Türkiyə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu artırıb

10:30 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 2024-cü ilin ilk yarısında  622.52 mln. manat təşkil edib.

ABC Mərkəzi Banka istinadən xəbər verir ki, Türkiyə keçən ilin eyni dövründə ölkəmizin iqtisadiyyatına 575.68 mln. manat birbaşa investisiya yatırmışdı və bu da illik müqayisədə cari ildə 46.84 mln  manat və ya 8% artımdır.

Birbaşa investisiyalar — pul yatırılan müəssisə və ya şirkətin idarə edilməsində iştirak etmək və onların fəaliyyətində iştirakdan gəlir əldə etmək üçün maddi istehsala və marketinqə vəsait qoyuluşu (investisiya) (birbaşa investisiya payın nəzarət paketinə malik olmasını təmin edir).

Azərbaycan isə Türkiyə iqtisadiyyatına birbaşa investisiyanı cari ilin ilk yarısında 64.61 mln. manat və ya 148% artımla 108.19 mln. manata yüksəldib.