11:09 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Amerikalı milyarder Den Fridkin İngiltərənin futbol klubuna maraq göstərir. Belə ki, onun “Everton” futbol klubu ilə maraqlandığı məlum olub.
ABC.AZ xəbər verir ki, milyarderin klubun 94%-ni iş adamı Fərhad Moşirinin “Blue Heaven Holdings” şirkətindən almaq barədə razılığa gəlib.
Müqavilənin maliyyə şərtləri hələlik açıqlanmayıb.
Belə ki, müqavilə Böyük Britaniyanın futbol və maliyyə tənzimləyiciləri tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, analitik şirkəti “Football Benchmark” yanvarda klubun dəyərini komanda borcu da daxil olmaqla 632,7 milyon dollar qiymətləndirib.
Müəllif: Elmir Murad
6 Noyabr 2024
5 Noyabr 2024
5 Noyabr 2024
5 Noyabr 2024
5 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024
4 Noyabr 2024