Körfəz Əməkdaşlıq Şurası ölkələr indiyədək Azərbaycana 4 milyard dollara yaxın investisiya qoyub

14:35 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. İndiyədək Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.

ABC.AZ xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-KƏŞ üzv ölkələrinin 2-ci iqtisadi forumunda deyib. 

O bildirib ki, Azərbaycan və KƏŞ üzv ölkələri arasında potensialdan tam istifadə olunmayıb və ölkələrin iqtisadi əməkdaşlığı üçün böyük perspektivlər var.