16:40 - 27.09.2024
27 sentyabr, Fineko/abc.az. Azərbaycanın ən böyük zəfəran istehsalçısı olan “Absheron Saffron Ltd” MMC bu il zəfəran əkini sahəsini 3 hektar genişləndirib.
ABC.AZ xəbər verir ki, bunu MMC-nin təsisçisi Xəlil Cəfərov deyib.
Onun sözlərinə görə, bu il 20 hektarlıq ərazinin 13 hektarında zəfəran əkilib:
“Keçən il hava isti keçdiyindən məhsuldarlıq az oldu. Amma bu il 40-50 kq zəfəran toplayacağımızı gözləyirik. İndiyədək ən çox halda 30 kq zəfəran toplaya bilmişik. Hazırda 30 kq-a qədər ehtiyat zəfəranımız var”.
Xatırladaq ki, 2016-cı ildən fəaliyyət göstərən “Absheron Saffron Ltd” MMC Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində zəfəran əkir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)
21 May 2025
19 May 2025
19 May 2025
19 May 2025