Altıtəkərli "Pikap" satışa çıxarıldı

10:05 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. 1987-ci il istehsalı olan “Porsche 944” modeli əsasında hazırlanmış unikal altıtəkərli pikap Almaniyanın “Kickdown” onlayn platformasında hərraca çıxarılıb. ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, lotun başlanğıc qiyməti 99 min 900 avro təşkil edir.

Hərrac sentyabrın 29-u axşam başa çatacaq.

Avtomobil üzərində işlər 1995-ci ildən 2021-ci ilə qədər mərhələlərlə aparılıb. Ümumilikdə modifikasiya 2500 saat çəkib.

Bildirilir ki, “Porsche 944” 1982-ci ildən 1991-ci ilə qədər istehsal edilib.