11:15 - 30.09.2024
30 sentyabr, Fineko/abc.az. 2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 7 milyard 978,8 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletendə öz əksini tapıb. Kredit portfeli aylıq müqayisədə 213,7 milyon manat (2,8%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 41,8 milyon manat (15%), illik müqayisədə 1 milyard 446,3 milyon manat (22,1%) böyüyüb.
Qeyd edək ki, istehlak kredit portfeli bu ilin avqustun 1-nə 7 milyard 765,1 milyon manatın, yanvarın 1-nə 6 milyard 937 milyon manat, ötən ilin eyni dövrünə 6 milyard 532,5 milyon manat təşkil edib.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024