Əhalinin banklardakı depoiztləri aylar üzrə belə artıb

11:35 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. 2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 35 milyard 3,9 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletendə qeyd edilib.

Depozit portfeli aylıq müqayisədə 622,6 milyon manat (1,8%), ötən ilin sonu ilə müqayisədə 453,8 milyon manat (1,3%), illik müqayisədə 3 milyard 5,2 milyon manat (9,4%) böyüyüb.

Depozit portfelinin 13 milyard 795,6 milyon manatı xarici valyutada formalaşıb.

Bu göstərici də aylıq müqayisədə 675,4 milyon manat (5,1%), ötən ilin sonu ilə müqayisədə 517,5 milyon manat (3,9%), illik müqayisədə 1 milyard 241,1 milyon manat (10%) böyüyüb.