Mərkəzi Bank sığortaçı axtarır

15:34 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 43 nəqliyyat vasitəsinin sığortalanması üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 94 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki,  iddiaçılar təkliflərini oktyabrın 26-na qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.