15:38 - 30.09.2024
30 sentyabr, Fineko/abc.az. Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (icbari avto-sığorta) üzrə ödənişlərin artması sığorta şirkətləri üçün zərərlilik əmsalını artırıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin ilk səkkiz ayında şirkətlər icbari avto-sığortadan 111.49 milyon manat yığım əldə ediblər. Bu da illik müqayisədə yığımların 4 faiz artımı deməkdir.
Bununla belə, sığorta ödənişlərinin həcmi illik müqayisədə daha 25 faiz artımla 80.65 mln. manata qədər yüksəlib. Belə ki, sığortaçılar keçən il icbari avto-sığortadan 107.62 mln. manat yığım və 64.77 mln. manat ödənişlər etmişdilər.
Bu da nəticə etibarı ilə ödənişlərin yığılmış haqlara olan nisbətini yüksəldir. Sığorta haqqı sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta olunanın sığortaçıya verməli olduğu pul məbləğidir. Bir sözlə, sığortaçının kassasına daxil olan vəsaitdir.
2023-cü ilin ilk səkkiz ayında sığorta şirkətlərinin premiya və ödənişləri arasında fərq 42.85 milyon manat təşkil etdiyi halda, cari ilin eyni dövründə 30.84 mln. manata düşüb, və ya illik müqayisədə 12.01 mln. daha az olub. Başqa sözlə, sığorta ödənişləri ilə yığılma haqları arasında fərq 2023-cü ilin eyni dövründə 60% idisə, cari ildə bu rəqəm 72% olub. Bu da şirkətlər üçün bu sektorda zərərlilik əmsalının yüksəlməsinə gətirib çıxarır.
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024