16:04 - 30.09.2024
30 sentyabr, Fineko/abc.az. 2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarında hüquqi şəxslərin depozit portfeli 5 milyard 281,3 milyon manat təşkil edib.
ABC.AZ bu barədə məlumat Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletendə öz əksini tapıb.
Sözügedən bülletendə qeyd edilib ki, depozit portfeli aylıq müqayisədə 47,5 milyon manat (0,9%) azalıb, ötən ilin sonu ilə müqayisədə 781,8 milyon manat (17,4%) azalıb, illik müqayisədə 1 milyard 498,2 milyon manat (39,6%) böyüyüb.
Depozit portfelinin 2 milyard 961 milyon manatı xarici valyutada formalaşıb.
Bu göstərici də aylıq müqayisədə 135,1 milyon manat (4,4%) azalıb, ötən ilin sonu ilə müqayisədə 297,6 milyon manat (11,2%), illik müqayisədə 551,9 milyon manat (23%) böyüyüb.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024