Çin istehsalçıları bitki mühafizəsi vasitələrinin qiymət artımını elan etdilər

16:59 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. Bitki mühafizəsi vasitələrinin (BMV) qiymətləri bütün dünyada artmağa davam edir və iri Çin istehsalçıları artıq yeni bir qiymət artımı elan ediblər.

ABC.AZ xəbər verir ki, vəziyyət kimya sənayesi üçün xammalın qiymətinin artması və tədarük zəncirindəki struktur dəyişiklikləri fonunda kəskinləşir.

Wynca, Good Harvest, Xingfa Group və Limin Group kimi aparıcı aqrokimyəvi şirkətlər yaxın aylarda məhsullarının dəyərini artırmağı planlaşdırırlar.