Mərkəzi Bank maliyyə iştirakçılarını 135 min manat cərimələyib

12:26 - 1.10.2024


1 oktyabr, Fineko/abc.az. Bu ilin ilk yarısında yoxlama və nəzarət tədbirləri çərçivəsində maliyyə sektoru iştirakçılarına cərimələr tətbiq edilib. Belə ki, sözügedən dövrdə maliyyə iştirakçılarına qarşı 135 min manat cərimə həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin ilin ilk yarım ili üzrə keçirilən Maliyyə Sabitliyi hesabatına dair mətbuat konfransında bildirib.

O, cərimələrin əsas səbəbini belə izah edib: "Cərimələr hesabatlılıq və biznes strategiyasında çatışmazlıqlarla bağlıdır.

Bu dövrdə 37 lisenziya ləğv edilib ki, bunun da böyük hissəsi sığorta agentlikləri ilə bağlı olub".

Müəllif: Elmir Murad