Hazırda sığorta sektorunda ən yüksək zərərlilik hansı sığorta növündədir?

12:39 - 1.10.2024


1 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank zərərliliyin aşağı olduğu daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar iş aparır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə qurumun "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"na dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, burada da zərərliliyin artacağını proqnozlaşdıra bilərik.

"Hazırda sığorta sektorunda ən yüksək zərərlilik avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasındadır. Bu ilin sonuna qədər bu sığorta üzrə zərərlilik 80 % civarında olacaq. Bu da qlobal göstəricilərlə müqayisədə adekvat nisbətdir", - deyə Ş.Mahmudzadə qeyd edib.

Müəllif: Elmir Murad