16:01 - 1.10.2024
1 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək.
ABC.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu barədə nazir Sahil Babayev rəhbərlik etdiyi qurumun kollegiya iclasında bildirib.
İclasda sosial islahatların davamı olaraq əmək, pensiya, əlillik və digər sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb.
İclasda Kollegiya tərəfindən elektrik, ticarət, mədənçıxarma sahələri üzrə daha 26 peşə və kvalifikasiya standartı təsdiqlənib. Əmək, məşğulluq, sosial sığorta, pensiya, əlillik, sosial təminat, maliyyə və satınalmalar sahələrində görülən işlər və gələcək hədəflər müzakirə olunub.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024