İyul ayında Türkiyəyə neft idxalı 8% artıb

10:39 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. Türkiyə iyul ayında 2,62 milyon ton neft idxal edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8,2% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin enerji bazarının tənzimlənməsi Şurası (EPDK) məlumat verib. Eyni zamanda, iyun ayına nisbətən tədarük 8% azalıb.

Ən böyük ixracatçı olan Rusiya iyul ayında Türkiyəyə neft tədarükünü ötən ilin analoji ayına nisbətən 2,2 dəfə artıraraq 1,58 milyon tona çatdırıb. Eyni zamanda, bu göstərici əvvəlki ayda verilən həcmdən 2,5% az olub. İraq iyul ayında 387 min ton tədarük edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,9 dəfə azdır, lakin iyun ayı ilə müqayisədə 18,3% çoxdur. Qazaxıstandan tədarüklər 215 min ton təşkil edib ki, bu da 2023-cü ilin iyul ayında olandan üç dəfə az və bu ilin iyun ayına nisbətən 26% azdır.