Azərbaycanda ən az həkim Daşkəsən rayonundadır

10:59 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. 2023-cü ilin sonuna Azərbaycanda çalışan həkimlərin sayı 33,6 min nəfər təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən az həkim Daşkəsən rayonundadır. Belə ki, sözügedən rayonda cəmi 7 nəfər həkim çalışıb.

Xocalı və Sədərəkdə həkim sayı 9, Zəngilan və Kəngərlidə isə cəmi 14 həkim fəaliyyət göstərib.

Qubadlı rayonunda ötən ilin sonuna 20, Cəbrayıl və Şahbuzda 23, Culfa rayonunda isə 27 həkim olub.