Bakı metrosunda yaxın 3 ildə 13 qatar xəttə buraxılacaq

11:11 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC-nin sifariş etdiyi qatarlardan daha 2-si paytaxta çatdırılıb.

ABC.AZ xəbər verir ki, bununla da, 2024-cü ildə Bakı metrosuna gətirilmiş yeni qatarların sayı 4-ə çatıb.

Xatırladaq ki, yaxın 3 ildə metroda 65 yeni nəsil vaqonu və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si və yaxud 35 vaqon 2024-cü ildə Bakıya gətirilməlidir.

Yeni qatarlar innovasiyalar baxımından sonuncu – 4-cü nəslə aid texnologiyalar əsasında istehsal olunacaq. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı “Bakı Metropoliteni”nin texniki şərtləri əsasında həyata keçirilir. Texniki şərtlərdə qatarların idarəetməsi, texnoloji təchizatı və sərnişin rahatlığını təmin edən sistem və avadanlıqlar quraşdırılır.