Azərbaycan insan kapitalı sahəsində region ölkələrindən geridir - Dünya Bankı

11:35 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. İqlim dəyişikliyi insanlara və insan kapitalına təsir edir.

ABC.AZ xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister, Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 3-cü günündə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda insan kapitalı sayəsində 2010- 2020-ci illərdə böyük irəliləyişlər olunsa da, Azərbaycan bu sahədə regional ölkələrdən bir qədər geri qalır:

"Dünya Bankı Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin işçilərin bacariqlarının artırılması sayəsində layihələrin həyata keçirilməsini dəstəkləyir. Ümüdvariq ki, bununla da biz Azərbaycanda insan kapitalının inkişafına öz töhfəmizi verəcəyik" - deyə Dünya Bankının nümayəndəsi əlavə edib. (APA)