Tramp özünün kriptosunu buraxır - Elan verdi

11:43 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. Seçkilər öncəsi kriptovalyuta investorlarına müsbət mesajlar verən Donald Trampın özünün də bu sektora daxil olduğu görsənir.

ABC.AZ xəbər verir ki, sözügedən sektora daxil olması ilə bağlı paylaşımı Donald Tramp özü edib.

O rəsmi hesabında kriptovalyuta layihəsini açıqlayıb və bununla bağlı link paylaşıb.

İlkin satışda iştirak etmək istəyən investorlar Trampın paylaşdığı linkə daxil olaraq şəxsiyyətlərini təsdiqlədikdən sonra gözləmə siyahısına qoşulmalıdırlar.

Daha sonra ilkin satışda iştirak etmək hüququ əldə edənlərin siyahısı açıqlanacaq.

Layihə “Ethereum” şəbəkəsindədir.