“Novator Farma” MMC-nin bioloji aktiv qida məhsulunda nöqsanlar aşkarlandı

12:04 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. Nəzarət tədbirləri çərçivəsində “Novator Farma” MMC-nin İtaliyadan idxal etdiyi “Gricar Chemical S.r.l” müəssisəsinin istehsalı olan, ümumi sayı 15034 ədəd “Zeolimed, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından (06.05.2024-06.05.2027-ci il istehsal və son istifadə tarixli, P119 partiya nömrəli) Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində qurğuşunun miqdarının normadan artıq olduğu müəyyən edilib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.