12:29 - 2.10.2024
2 oktyabr, Fineko/abc.az. “Samsung” şirkəti Cənub-Şərqi Asiyada, həmçinin Avstraliya və Yeni Zelandiyadakı istehsal müəssisələrində bir neçə min işçini ixtisar etmək niyyətindədir.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Onların fikrincə, ixtisarlar ümumilikdə bu ölkələrdə şirkətin işçi qüvvəsinin təxminən 10%-nə təsir edə bilər.
Nəşrin mənbələri qeyd edib ki, bundan əvvəl Samsung-un Sinqapurdakı bölməsinin əməkdaşları menecerlərlə məxfi görüşə çağırılıb və görüş zamanı onlara qarşıdan gələn ixtisarla bağlı məlumat verilib.
“Samsung” şirkətinin Cənubi Koreyadan kənarda yerləşən bölmələrində təxminən 147 min işçi çalışır ki, bu da Samsung işçilərinin ümumi sayının yarıdan çoxunu təşkil edir.
Bloomberg-in məlumatına görə, şirkətin səhmləri 2024-cü ildə rəqiblərindən süni intellekt (AI) sahəsində geridə qalması səbəbindən 20%-dən çox ucuzlaşıb.
Korporasiyanın süni intellekt texnologiyaları bazarında üzləşdiyi çətinliklər fonunda Samsung bu yaxınlarda Hindistanda və bəzi Latın Amerikası ölkələrində iş yerlərinin təxminən 10%-ni ixtisar edib. (Marja)
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024