14:25 - 2.10.2024
2 oktyabr, Fineko/abc.az. Bu il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin 500 mln. ABŞ dollarından çox olacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə müsahibəsində Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibənin başlaması ilə Ukraynanın Azərbaycanla vaxtilə 1 mlrd. dollardan çox olan ticarət dövriyyəsi xeyli azalıb. Lakin vəziyyət getdikcə sabitləşir və müsbət tendensiya yaranıb.
“Biz ümid edirik ki, bu ilin nəticələrinə görə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin səviyyəsi 500 mln. dollardan çox olacaq. Əgər keçən il bu rəqəm 471 mln. dollar səviyyəsində idisə, təkcə bu ilin 8 ayında 300 mln. dolları ötüb”, – Gennadi Çijikov qeyd edib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayı ərzində Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% artaraq 315 mln. dollar təşkil edib. (APA)
8 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024
8 Noyabr 2024