Bu sığortaya maraq da, yığımları da azalıb

15:17 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. Azərbaycanda işə götürənin könüllü məsuliyyət sığortası üzrə yığımlar azalıb.

ABC.AZ Mərkəzi Banka istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 650 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 min manat və ya 4% azdır.

Əvvəlki ilin eyni dövründə bu göstərici 676 min manat təşkil edib.

Hesabat dövründə bu sığorta növü üzrə ödənişlər edilməyib.