16:41 - 2.10.2024
2 oktyabr, Fineko/abc.az. Süni intellekt “OpenAI” maliyyə hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, “ChatGPT”nin yaradıcısı olan şirkət bu il 3,7 milyard dollar gəlir əldə etməyi gözləsə də, 5 milyard dollar itki proqnozlaşdırır.
Bu rəqəmlər şirkətin sürətli böyüməsinə baxmayaraq ciddi maliyyə çətinlikləri ilə üzləşdiyini göstərir.
Ancaq bütün mənzərə o qədər də qaranlıq deyil. “OpenAI” keçən ay 300 milyon dollar gəlir əldə edib ki, bu da keçən ilin əvvəli ilə müqayisədə 1700% böyük artım deməkdir.
Bu maliyyə məlumatları “OpenAI”nin aqressiv böyümə strategiyasını və süni intellekt sahəsində liderlik mövqeyini qorumaq səylərini əks etdirir. Şirkət “ChatGPT”nin istifadəyə verilməsindən bəri böyük populyarlıq qazanıb və müxtəlif alətlərə abunə satmaqla yanaşı, GPT dil modellərini də lisenziyalaşdırır.
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024