10:26 - 3.10.2024
3 oktyabr, Fineko/abc.az. Cümə axşamı, 3 oktyabr, saat 9:05-də Amerika S&P indeksi fyuçersləri 0,2% azalaraq 5749 bal təşkil edir. Ötən gün ABŞ indeksləri 0,01-0,09% artımla başa çatdırdı. Yaxın Şərqdə gərginliyin artması investorların həvəsini zəiflədir.
ABC.AZ xəbər verir ki, Asiyada vahid dinamika müşahidə edilmir. Belə ki, Yaponiyanın Nikkei 225 indeksi 2,18% artaraq 38630,99 bəndə, Hong Kong Hang Seng isə 3,12% azalaraq 21743,18 bəndə çatıb. Materik Çin bazarları bir həftəlik tətil üçün oktyabrın 8-dək, Cənubi Koreya isə cümə axşamı günü bağlı olacaq.
Çərşənbə günü Yaponiyanın yeni Baş naziri Şigeru Isiba jurnalistlərə bildirib ki, iqtisadi şərtlər hazırda faizin növbəti artımını dəstəkləmir. Isiba Yaponiya Bankının rəhbəri Kazuo Ueda ilə görüşdən sonra şərhlərini verib.
Neft bahalaşır: Brent fyuçersləri 1,12% artaraq bir barelə 74,73 dollara, WTI qiyməti 1,26% artaraq 70,98 dollara çatıb. İnvestorlar Yaxın Şərqdə artan münaqişəni və qlobal bazarda bol tədarük fonunda xam neft tədarükünün kəsilmə ehtimalını qiymətləndirdilər.
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024