11:02 - 3.10.2024
3 oktyabr, Fineko/abc.az. Marburq virusu Ebola ailəsinə aiddir və klinik cəhətdən ona bənzəyir.
ABC.AZ xəbər verir ki, Marburq, hemorragik qızdırmaya səbəb olan yüksək virulent bir xəstəlikdir. Xəstəlik insanlara meyvə yarasalarından ötürülür. İnfeksiya yoluxmuş insanların bədən mayeləri ilə birbaşa təmasda, habelə səthlər və materiallar vasitəsilə baş verir. Virusun ölüm nisbəti 88%-ə çatır.
ÜST-nin 26 sentyabr tarixinə verdiyi məlumata görə, ümumilikdə Ruandada səkkiz ölüm də daxil olmaqla 26 hadisə qeydə alınmışdı.
8 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025