Bakıda çoxsaylı dönərxanalar bağlandı

10:22 - 4.10.2024


4 oktyabr, Fineko/abc.az. Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən, fiziki şəxs Abdulxaliqov Anar Asif oğluna məxsus “Ye-Doy Dönər” və Səbail rayonu, Badamdar şosesində yerləşən, fiziki şəxs Quliyev Qurban İlqar oğluna məxsus “Kürə Təndir” iaşə obyektlərində yoxlama keçirilib.

ABC.AZ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, baxış zamanı iaşə obyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin aşağıda qeyd olunan bir sıra nöqsanlar müəyyən olunub:

– məhsulların divardan və yerdən ara məsafə gözlənilmədən saxlanıldığı;

– soyuducuda mal qonşuluğu qaydalarının pozulduğu;

– havalandırma sisteminin quraşdırılmadığı;

– sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı;

– qida məhsulları ilə təmasda olan səthlərin gigiyenik materialla üzlənmədiyi;

– yuma sahəsində döşəmə, tavan və divarların tamlığının pozulduğu;

– ağzıaçıq tullantı qablarından istifadə olunduğu və sair.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.