Cəbrayıldakı bu fabrikdə 150 daimi iş yeri yaradılacaq

11:43 - 4.10.2024


4 oktyabr, Fineko/abc.az. Cəbrayılda “Hicaz” MMC-yə məxsus 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq.

ABC.AZ xəbər verir ki, bunu “Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov təməlqoyma mərasimində dövlət başçısına müəssisə haqqında məlumat verərkən bildirib.

Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.

Bütün istehsal zamanı müasir avadanlıqlardan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətinin daim nəzarətdə saxlanılması məqsədilə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya da fəaliyyət göstərəcək.

Layihə üzrə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub.