12:18 - 4.10.2024
4 oktyabr, Fineko/abc.az. Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46C ünvanında fəaliyyət göstərən, “Pure Life” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində yoxlama keçirilib.
ABC.AZ Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, qablaşdırma materiallarının, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması, eləcə də işçi heyət üçün ayrıca sahələrin təşkil edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divar və tavanın tamlığının pozulduğu, qablaşdırma materiallarının yuyulması üçün asan təmizlənə bilən və gigiyenik tələblərə cavab verən yuma çanağının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.
Yoxlama zamanı götürülən nümunələrin müayinəsi nəticəsində “Loğman” əmtəə nişanlı qablaşdırılmış təbii su və filtrdən keçmə su nümunələrində mikrobioloji uyğunsuzluqlar aşkarlanıb.
1 Noyabr 2024
1 Noyabr 2024
30 Oktyabr 2024
30 Oktyabr 2024
30 Oktyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
31 Oktyabr 2024