“İstisu”nun Belarusda təqdimatı olacaq - İxracı başlayır

15:03 - 4.10.2024


4 oktyabr, Fineko/abc.az. Azad edilmiş ərazilərdə istehsal edilən ilk məhsul olaraq “İstisu”nun Belarusda təqdimatı olacaq.

ABC.AZ xəbər verir ki, təqdimatda Baş nazir Əli Əsədov iştirak edəcək. 

Tədbir çərçivəsində Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”-nun bu ölkəyə ixracı ilə əlaqədar müqavilə imzalanması da nəzərdə tutulur.