Pensiyaçılar iki yerdən pul ala biləcəklər - VİDEO

10:27 - 7.10.2024


7 oktyabr, Fineko/abc.az. Özəl pensiya fondları yaradılsa, pensiyalar sürətlə arta bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı 20 -dən çox qanunverici alt layihə hazırlayıb. Layihələr Milli Məclisdə qəbul olunduqdan sonra bu fondların yaradılmasına başlanıla bilər.

ABC.AZ xəbər verir ki, deputat Vüqar Bayramov özəl fondların yaradılmasınə vacib sayır.

Belə ki, vətəndaş işi müqabilində aldığı aylıq məvacibdən tutulan sosial sığorta haqqını hər ay DSMF-yə ödəyir.

Ancaq sonradan ərizə ilə bu quruma müraciət edir və sosial sığortasının yeni fonda köçürülməsini xahiş edir. Bundan sonra həmin məbləğ buraya ödənilir. Burada onun üçün şəxsi hesab açılır və məbləğ orada toplanılır. Vətəndaş pensiyaya çıxdıqda isə onun üçün ödəniş bazasına çevrilir. Düzdür, dövlət büdcəsindən də buraya müəyyən məbləğdə vəsaitlər ödənilir, amma əsas baza hissəsi vətəndaşın sosial ödənişləri hesabına formalaşır.

Vüqar Bayramov qeyd edib ki, qanunverici bazanın formalaşması belə fondların daha qısa zaman ərzində yaradılmasına təminat verə bilər.

Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə tanış ola bilərsiniz: