Cəbrayıl və Zəngilanda yeni yaşayış binaları və fərdi evlər tikilir - VİDEO

11:18 - 7.10.2024


7 oktyabr, Fineko/abc.az. Cəbrayıl rayonunun Horovlu kəndində dayanıqlı su təchizatını təmin etmək üçün qədimdən də mövcud olmuş kəhrizlərin bərpası ilə bağlı layihə artıq bitib və hazırda həmin kəhrizlər fəaliyyətdədir.

ABC.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin şöbə müdiri İlhamiyyə Rzayeva deyib.

O bildirib ki, kəhrizlər tezliklə bura köçəcək sakinlərin ixtiyarındadır. Ümumilikdə 3 470 sakin üçün nəzərdə tutulan kəndə ilkin mərhələdə bura 1 395 nəfərin köçürülməsi nəzərdə tutulur. Bu günə qədər 334 fərdi evin hörgü və tikinti işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür.

Cəbrayıl şəhər məktəbində isə ilin sonuna qədər 400 şagird təhsilə cəlb ediləcək. Bunu Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov deyib.

Onun sözlərinə görə, təhsil müəssisəsi 2,7 hektar ərazidə, 960 şagird yerlik olmaqla 40 sinif otağından və müxtəlif 5 inzibati otaqdan ibarətdir.

Daha ətraflı Xəzər tv-nin hazırladığı süjetdə izləyə bilərsiniz: