12:26 - 7.10.2024
7 oktyabr, Fineko/abc.az. Almaniya hökuməti uzun illər ərzində ilk dəfə olaraq Türkiyəyə irimiqyaslı silah ixracını təsdiqləyib, potensial tədarükün dəyəri bir neçə yüz milyon avro qiymətləndirilir.
ABC.AZ xəbər verir ki, bu barədə Der Spiegel jurnalı mənbələrə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyəyə Alman silahlarının, o cümlədən Türkiyə Hərbi Dəniz Qüvvələri üçün 100 yer - hava raketi və torpedaların, həmçinin sualtı qayıqların və freqatların modernləşdirilməsi üçün texnikanın tədarükünə icazə verib.
Siyahıda, jurnalın qeyd etdiyi kimi, əməliyyatın maliyyə həcmi xüsusi olaraq göstərilmir, lakin RAM tipli qısa mənzilli raket sistemlərinin (Rolling Airframe Missile) qiyməti təxminən 100 milyon avro olacaq. Federal Təhlükəsizlik Şurası, ThyssenKrupp sənaye konserninin dəniz bölməsindən 28 SeaHake tipli torpedaların 156 milyon avroya çatdırılmasını da təsdiqlədi.
Verilən icazələrin ümumi məbləğinin təxminən 336 milyon avro olacağı ehtimal olunur.
Bu rəqəm, jurnalın vurğuladığı kimi, Almaniya hökumətinin kursunda nəzərəçarpacaq bir dəyişikliyi göstərir. Son illərdə Almaniya Türkiyəyə bütün silah ixracını kəskin şəkildə azaltmışdı. AFR-in iqtisadi İdarəsi açıq şəkildə bildirib ki, Türkiyə məsələsində ixracata yalnız Aİ və ya NATO tərəfdaşları ilə birgə layihələr daxil olacağı təqdirdə icazə veriləcək.
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024